Elmar Məmmədyarov ABŞ-a getdi

img

24-09-2012 [03:40]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək məqsədi ilə Nyu-Yorka gedib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında, həmçinin GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək. XİN rəhbərinin çıxışı isə sentyabrın 28-ə nəzərdə tutulub. Nazir həmçinin Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.#601; sentyabr

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA