Həbsxanadakı zorakılıq Saakazvilinin əleyhdarlarını ayağa qaldırdı

img

19-09-2012 [01:24]


Gürcüstanda yerli həbsxanalardan birində çəkilmiş zorakılıq kadrları ölkəni qarışdırdı. Məhbuslara qarşı həbsxana gözətçilərinin zorakılığı gizli kamera ilə lentə alınıb, daha sonra isə müxalif ?Maestro? kanalında efirə verilib. Xəbərə görə, kadrların yayılmasından sonra insanlar küçələrə axışıb. Onlar yüksək rütbəli şəxslərin istefasını tələb ediblər. Aksiyaların bir neçə şəhərdə eyni vaxtda keçirildiyi bildirilir. Vəziyyət yerə çatıb ki, prezident Saakaşvili hadisə ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. O, bildirib ki, bu, insanlıq və insan haqları əleyhinə törədilmiş çirkin addımdır. O, həmçinin bu cür özbaşınalıq edən həbsxana gözətçilərinin hamısının cəzalandırılacağına söz verib. Artıq hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi də məlumat yayıb. Gürcüstan DİN-dən verilən məlumata görə, faktla bağlı 3 həbsxana gözətçisi saxlanılıb, biri barəsində isə axtarış verilib. Saxlanılanlardan birinin mənzilindən analoji video materialların götürüldüyü bildirilir. Ədliyyə naziri isə hadisə ilə bağlı istefa verməsə də, departament rəhbəri David Çakuanı tutduğu vəzifədən azad edib. Həbsxanada olan şəxslərin yaxınlarına isə bildirilib ki, analoji hallar bir daha təkrar olunmayacaq. #601; lent

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA