BMT-nin Baz Assambleyası izə bazlayır

img

18-09-2012 [02:41]


Bu gün BMT Baş Asambleyasının 67-ci sessiyasının açılışı olacaq. Yığıncaq il ərzində 168 gündəlik məsələyə baxmaq üçün toplanıb. Sessiyanın sədri Serbiyanın keçmiş xarici işlər naziri Vuk Yeremiçdir. Toplantıda başlıca məsələ kimi Orta Şərqdəki durum, o cümlədən Suriyada ilyarımdır davam edən silahlı qarşıdurmanın da müzakirə ediləcəyi gözlənilir. Bu sessiyada Fələstin Muxtariyyatının BMT-yə üzvülüyü ilə bağlı məsələnin də ciddi müzakirəyə səbəb olacağı istisna edilmir. Onlar bu məsələ bağlı müraciəti bir il öncə edib. Orta Şərqdəki durumu tənzimləyən ?dördlük?ün (?kvartet?) (ABŞ, Avropa Birliyi, BMT və Rusiya), eləcə də İranın şübhəli nüvə proqramının beynəlxalq vasitəçilərin ?altılıq?ın (ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) nazirlərinin də görüşü planlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA