AiDP "Müsəlmanların Məsumluğu"na etiraz etdi

img

13-09-2012 [02:09]


;həmməd Peyğəmbəri təhqir edən ?Müsəlmanların Məsumluğu? adlı filmə qarşı etiraz aksiyalarını təbii bir proses hesab edirəm. Əlbəttə ABŞ-ın Liviyadakı səfirinin və əməkdaşlarının öldürülməsini təqdir eləmirəm. Amma bütün hallrda filmi çəkən qüvvələr bunu nəzərə almalı idilər". Bu fikri AİDP sədri Tahir Abbaslı yəhudilərin maliyyə dəstəyi hesabına başa gələn "Müsəlmanların Məsumluğu" adlı filmin doğurduğu etirazlara münasibət bildirərkən deyib. Onun fikrincə belə bir filmin çəkilməsi, üstəlik onun yəhudilər tərəfindən maliyələşdirilməsi müsəlman aləmində qıçıq doğurmaya bilməzdi. Partiya sədri hesab edir ki, Qərb qüvvələrinin karrikatura olayının ardınca Məhəmməd peyğəmbəri təhqir edən film çəkməsi İslama qarşı planlı bir hücumun tərkib hissəsidir və bu hücum əsrlərdir davam edir. AİDP olaraq bu hadisəni pislədiklərini bildirən T.Abbaslı hesab edir ki, Qafqaz Müsəlmanları İdarəsi də bu olaya biganə qalmamalıdır. Bununla belə AİDP sədri diplomatların öldürülməsini düzgün hal saymır: "Mənə elə gəlir ki, Qərbin, konkret olaraq yəhudilərin belə bir addımına sivil yollarla cavab vermək, ictimai qınaq yaratmaq lazım idi. Onsuz da Qərbin İslama hücumları başç tutmayacaq. İslama və onun Peyğəmbərinə olan münasibəti dəyişmək mümkün deyil. Əksinə belə hadisələr xristianların İslama axınını artırır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA