Saakazvilidən Rusiyaya yeni ittiham

img

10-09-2012 [12:09]


Gürcüstan prezidenti Mixail Saakaşvili ölkədə oktyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılacaq Gürcüstanın siyasi partiyalarından birini maliyyələşdirmək üçün Rusiyanın 2 milyard ayırdığını bəyan edib (vesti.az). ?Bununla da Moskva Gürcüstanda qarışıqlıq yaratmaq istəyib. Lakin qarşısı dərhal alınıb?, - deyə prezident bildirib. Saakaşviliyə görə, niyyət çox sadə olub: ?Seçkilərdə qeyri-müəyyənlik yaratmaq, bir çox xarici KİV-i ələ almaq, çoxlu şayiələr yaymaq, seçkilərdən sonra xaos yaratmaq, gürcü xalqını parçalanmış kimi göstərmək və ardınca sərhədlərimiz boyunca hərbi manevr keçirən Rusiyaya daxili vəziyyətdən və xalqın parçalanmasından istifadə edərək öz planlarını reallaşdırmaq fürsəti vermək?. Lakin gürcü liderlərinə görə, bu gün xalq heç vaxt olmadığı qədər yekdildir və ona görə də ?düşmənin planı boşa çıxıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA