Rusiyanın üTT-yə üzvlüyü rəsmiləzdi

img

23-08-2012 [10:39]


Rusiya Ümumdünya Ticarət Təşkilatının rəsmi üzvünə çevrilib. Üzvlük üçün qurumla 20 ildən çox danışıqlar aparmış Rusiya yalnız 2011-ci ildə bu haqda üzv dövlətlərlə razılığa gələ bilib. Bu ilin iyul ayında isə Rusiya Ali Duması ölkənin quruma üzvlüyünə dair protokolu təsdiq edib. İqtisadi şərhçilər Rusiyanın quruma daxil olması ilə, ölkədə yerli və xarici istehsalçılar arasında ?amansız rəqabət? yaranacağını və bunun qiymətlərin aşağı düşməsi və biznes üçün yeni bazarların peyda olması ilə nəticələnəcəyini hesab edir. 1995-ci ildə yaradılmış Ümumdünya ticarət təşkilatının əsas əsas məqsədi bütün dünyada ticarət baryerlərinin o cümlədən yüksək idxal rüsumların aradan qaldırılmasından ibarətdir. Quruma daxil olduqdan sonra Rusiyada idxal tariflərinin cari tariflərin 3də biri qədər azaldılacağı proqnozlaşdırılır. Xaricdən idxal olunan nəqliyyat vasitələri üçün gömrük rüsumlarının 2019-cu ilə kimi 50 faiz ucuzlaşacağı istisna edilmir. Rusiyanın əsas yerli kreditorlarından olan "Sberbank"ın sözçüsü Dmitriy Sredin bu hadisənin Qərbli investorların xeyrinə olacağını düşünür. Qısa-müddətli və uzunmüddətli perspektivlərdən söz açan ekspert, Rusiya iqtisadiyyatının bir çox sahələrində ?effektin? dərhal hiss olunacağını bildirib. O, pərakəndə satış mərkəzlərində, tikinti sektorunda dəyişikliyin daha nəzərəçarpacaq olacağını iddia edir. Bununla belə Ticarət təşkilatına üzvlük Rusiyada bir mənalı qarşılanmır. Xatırladaq, ki ötən ay kommunist fəallar qurumun üzvlüyünə qarşı olduqlarını nümayiş etdirmək məksədilə Moskvada kütləvi nümayiş keçirib. Kommunistlər quruma üzvlüyün ölkə suverenliyini pozacağını, kənd təsərrüfatına ciddi ziyan vuracağını və işsizliyin artımına gətirəcəyini iddia edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA