AiDP Türkiyədə baz verən terror aktına münsibət bildirdi

img

22-08-2012 [12:26]


[b]Tahir Abbaslı: ?Türkiyənin bu tipli hücumlara təkrar məruz qalacağı ehtimalı günbəgün artır? [/b] ?Türkiyədə PKK-nın hücumlarının artması bu ölkəni zəiflətmək, tutduğu yoldan çəkindirmək məqsədi daşıyır?. Bu fikri AİDP sədri partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Onun fikrincə 9 nəfərin ölümü, 64 nəfərin yaralanması ilə nəticələnən terror aktı əslində PKK-nın öz planı deyil: ?Bu plan Türkiyənin Suriya ilə bağlı dəyişməz mövqeyini zəiflətmək üçün həyata keçirilib. Əslində Türkiyənin belə hücumlarla üzləşəcəyi əvvəldən bəlli idi. Mən şərhlərimin birində bu məqama toxunub Türkiyəni ehtiyatlı olmağa çağırmışdım. Nəzərə almaq lazımdır ki, İraq və digər müsəlman ölkələrində aparılan dəyişikliklər zamanı Türkiyə başqa mövqe tutmuşdu, hətta bitərəf qaldığını deyə bilərdik. Amma Suriya məsələsində Türkiyə təkcə mövqe göstərmir, həm də Əsədin devrilməsi prosesində iştirak edir. Bu mənada Türkiyənin bu tipli hücumlara təkrar məruz qalacağı ehtimalı günbəgün artır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA