Medvedyev istirahətə çıxdı

img

22-08-2012 [12:08]


Rusiyanın baş naziri Dmitri Medvedyev həftə sonuna kimi ailəsi ilə birlikdə tətilə çıxıb. Medvedyevin yerinə isə hər hansı bir şəxs təyin olunmayıb. Baş Nazirliyin mətbuat müşaviri Nataliya Timakova mövzu ilə əlaqədar açıqlamasında, "Medvedyev ailəsi ilə birlikdə həftə sonuna qədər Murmansk və Astraxan bölgələrində tətildə olacaq. Onu isə hər hansı bir şəxs əvəz etməyəcək", - deyib. İmzalanması lazım olan bütün sənədlərin tətil müddətində baş nazirə sürətli şəkildə çatdırılacağını söyləyən Timakova, hökumətin normal işlərini davam etdirəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA