Morninqstar iki həftə ərzində Bakıya gələcək

img

16-08-2012 [03:53]


ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstar qarşıdakı iki həftə ərzində Bakıya gələcək. ?Turan?ın Vaşinqton müxbirinə danışan səfir özü belə deyib. Məlumata görə, avqustun 15-də diplomat ABŞ-Azərbaycan Ticarət Palatasında çıxış edib. Yeni vəzifədə qatıldığı ilk ictimai tədbirdə səfirlə söhbətə amerikalılar, azərbaycanlılar və region üzrə çalışan təhlilçilər qatılıb. Görüş və səfirin çıxışı mətbuat üçün qapalı keçirilib. ABŞ Senatı Riçard Morninqstarı Azərbaycana səfir postuna iyunun 29-da təsdiqləyib. O, ABŞ-ın Azərbaycanda səkkizinci səfiridir. Əvvəllər bu postu Riçard Mayls, Riçard Kozlariç, Stenli Eskudero, Ross Uilson, Rino Harniş, Enn Dörsi, Metyu Brayza tutublar. [b]Könül Cəfərzadə[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA