Bəzər Əsəd çindən yardım istədi

img

13-08-2012 [11:11]


Suriya prezidenti Bəşər Əsəd düşdüyü çətin vəziyyətdən xilas olmaq üçün Çindən kömək istəyib. Bəşər Əsəd bu məqsədlə Pekinə özəl təmsilçi göndərəcək. Əsəd müxalif qüvvələrə qarşı mürabirizədə uduzduğunu nəzədə alaraq rəsmi Pekindən ona kömək etməsini xahiş edib. Xüsusən də son günlər Əsəd tərəfdarlarının bir-birinin ardınca onu tərk etməsi mövcud rejimin işini daha da çətinləşdirib. Suriyada artıq vəziyyət kritik həddə çatıb. Müxaliflər demək olar ki, ölkənin strateji baxımdan ən önəmli postlarını ələ keçiriblər. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qaldırdığı 3 qanun layihəsi Rusiya və Çin tərəfindən qəbul edilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA