Azərbaycan irana humanitar yardım göndərdi

img

13-08-2012 [10:42]


Prezident İlham Əliyevin tapşırığıyla FHN İranın zəlzələdən zərər çəkmiş bölgəsinə yardım göndərib. Məlumata görə, 25 yük maşınından ibarət yardım karvanı FHN-nin Mülki Müdafiə Qoşunlarının Bakıdakı bazasından İrana yola düşüb. MİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, karvanında müxtəlif ərzaq məhsulları (içməli su, meyvə şirələri, bitki yağları, düyü, makaron, zeytun və digər zəruri ərzaq məhsulları), həmçinin un, 460 çadır və 1000 ədəd yataq dəsti yola salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA