Ərdoğan: "Prezidentlə aramızı vurmağa kimsənin cürəti catmaz"

img

06-08-2012 [12:55]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Ahaber" kanalında jurnalistlərin suallarını cavablandırıb.Baş nazir PKK-nı dəstəkləyən ölkələrin məlum olduğunu, ancaq indi ölkə adı çəkməyin problem yarada biləcəyini deyib. Terrorun hansı mənbələrdən bəsləndiyinin məlum olduğunu vurğulayan baş nazir qonşu ölkələr arasında da, Qərb ölkələri arasında da terrora dəstək verənlərin olduğunu söyləyib: "Türkiyə cümhuriyyəti və əziz millətimiz yalnız terror təşkilatına deyil, terror təşkilatının iplərini əlində tutan düşmən ölkələrə və dairələrə, terror təşkilatının iplərini əlində tutduğu canilərə də həddini bildirəcək gücdədir". Ərdoğan ölkə daxilində və xaricində vəzi media quruluşlarının da terror təşkilatına dəstək verdiyini bildirib. Terror təşkilatı üçün ən mühüm şeyin öz təbliğatını apartdırmaq olduğuna diqqət çəkən baş nazir bunu edən yazılı və görüntülü media quruluşlarının olduğunu vurğulayıb. Baş nazir media patronlarıyla bu məsələni müzakirə etdiklərini, amma gözlənilən dəstəyi ala bilmədiklərini deyib. Ərdoğan terror təşkilatının psixoloji üstünlüyü qorumasında bəzi media orqanlarının dəstəyinin rol oynadığını bildirib. Prezident seçkiləri ilə bağlı diskussiyalara da münasibət bildirən Ərdoğan seçkilərə iki ildən çox vaxt qaldığını deyib: "Bizim Türkiyə olaraq bu anda çox işimiz var. Baxın, 2014-cü il üçün hədəflərimizi müəyyənləşdiririk, amma bir tərəfdən 2015, 2023-cü il üçün hədəflərimizi də müəyyənləşdiririk. Bu məsələnin gündəliyə bu şəkildə gəlməsi bizi üzdü. Hörmətli prezident ilə aramızı vurmağa kimsənin nə səlahiyyəti, nə də cürəti ola bilməz". Baş nazir Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğa qarşı ittihamlara da toxunub. Bu ittihamlardakı bənzətmələrin, yəni Başbuğa terror təşkilatı mənsubu deyilməsinin çirkin olduğunu vurğulayan baş nazir bunun insafsızlıq olduğunu bildirib: "Daha əvvəl də dedim, yenə də iş məhkəmədə olsa da deyirəm: İlkər Başbuğun həbsdə mühakimə olunmasını doğru saymıram. Həbs edilmədən də mühakimə oluna bilərdi". Suriyadakı proseslərlə bağlı sualın cavabında Ərdoğan hər gün Əsədin sonunun daha da yaxınlaşdığına inandığını deyib: "Suriyanın şimalındakı proseslərlə bağlı söylənənlər yalnız bəzi xəyali xəritələrdir. Bu xəyali xəritələrə göz yummağımız mümkün deyil. Türkiyə üçün İstanbul nədirsə, Suriya üçün Hələb odur. Ankara Türkiyə üçün nədirsə, Dəməşq Suriya üçün odur. Biri siyasi, digəri ticari mərkəzdir. Hazırda Əsəd rejimi Hələbdə toplanmağa çalışır. Ancaq müxalif qüvvələr xüsusilə kənar hissələrdən mühasirəyə alma məsələsində daha bacarıqlıdır. Şəhərin çox hissəsi onların nəzarəti və hakimiyyəti altındadır. Artıq finalı oynadıqlarını düşünürəm. Əlbəttə, gün vermək mümkün deyil. Amma hər gün Əsədin sonunun gəldiyinə inanıram". Obamanın beysbol dəyənəyi ilə çəkdirdiyi fotoya da münasibət bildirən Ərdoğan bunları deyib: "Hörmətli Obamanın o danışğımız əsnasında hansı pozda olduğunu, nəylə, necə danışdığını bilmirəm. İstər oval ofisdə, istərdə də digər zamanlarda qarşımda gördüyüm Obama kifayət qədər sayğılı və bu sayğısını bizdən heç bir zaman əksik etməyən dostumdur". www.trtazerbaycan.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA