BMT Baz Assambleyasında Suriyaya dair səsvermə olacaq

img

02-08-2012 [11:26]


BMT-nin Baş Assambleyasında Suriyaya dair qətnamə layihəsi avqustun 3-də səsverməyə qoyulacaq. Rusiya kütləvi-informasiya vasitələri Səudiyyə Ərəbistanı tərəfindən təklif olunmuş qətnamə layihəsinə əsaslı dəyişikliklər edildiyini xəbər verir. Məlumata görə, sənədin mətnindən dövlətlərə Dəməşqə qarşı birtərəfli sanksiyalar tətbiq etmək çağırışı çıxarılıb. Suriyada "hakimiyyətin dinc yolla təhvil verilməsinin zəruri şərti" kimi prezident Bəşər Əsədin istefasının tələb olunduğu paraqraf da mətndən çıxarılıb. Sənədin müəllifləri Dəməşqdən ordunun yaşayış məntəqələrindən çıxarılmasını və hərbi texnikadan istifadənin dayandırılmasını tələb edirlər. Qətnamə layihəsində "davamlı olaraq insan haqlarının və azadlıqlarının Suriya hökuməti və onun tərəfində vuruşan hərbçilər tərəfindən kobud şəkildə pozulması" məsələsi də müzakirəyə çıxarılır. Bu yanaşma ilə Rusiya və Çin razılaşmır. Bu iki ölkə 3 dəfə BMT-nin Təhlükəsizlik Şurasının Suriyaya dair qətnaməsinə veto qoyub. [b]Aynur Nəbili[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA