Terrorçular iki mehmetciyi öldürdü, 10-u yaraladı

img

30-07-2012 [01:11]


Türkiyə Hakkari vilayətinin Şemdinli rayonuna bağlı Rüzgarlı və Bağlar kəndlərinin arasında PKK terrorçuları ilə hərbçilər arasında davam edən insidentdə 2 hərbçi şəhid olub, 10 nəfər isə yaralanıb. ?Doğan? agentliyinin yaydığı məlumata görə, yaralı əsgərlər Hakkari və Van vilayətlərindəki xəstəxanalara çatdırılıb. Xatırladaq ki, bir neçə gün əvvəl Şemdinli rayonu Dərəcik qəsəbəsinin Rüzgarlı və Bağlar kəndlərinin arasında yolu kəsən terrorçulara qarşı əməliyyatlar nəticəsində 15 PKK üzvü zərərsizləşdirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA