Serbiya qondarma seçkiyə ?yox? dedi

img

23-07-2012 [03:14]


Serbiya Respublikasının Xarici İşlər Nazirliyi bir daha ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağla bağlı fəaliyyətini, münaqişənin həlli üçün apardığı işi və səylərini tam dəstəklədiyini ifadə edir və qarşılıqlı məqbul nəticə əldə etmək üçün iki tərəfi əlavə səylər göstərməyə çağırır. Azərbaycanın Serbiyadakı səfirliyindən mia.az-a verilən məlumata görə, 19 iyul 2012-ci ildə Dağlıq Qarabağda keçirilmiş ?prezident seçkiləri? ilə bağlı sözügedən ölkənin XİN-i bəyanat yayıb: ?Xarici İşlər Nazirliyi hesab edir ki, bu seçkilər qeyri-legitimdir və BMT-yə üzv olan dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi beynəlxalq nizamın söykəndiyi əsas prinsipdir. Buna görə bu seçkilər regionun gələcək statusuna və münaqişənin sülh yolu ilə həllinə nail olunması məqsədilə aparılan danışıqlar prosesinə təsir göstərə bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA