ilham Əliyev israilli həmkarına məktub yazdı

img

19-07-2012 [09:16]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İsrail dövlətinin prezidenti Şimon Peresə başsağlığı verib. Başsağlığı məktubunda deyilir: ?Hörmətli cənab Prezident, Bolqarıstanın Burqas şəhərindəki hava limanında törədilmiş terror aktı nəticəsində həmvətənlərinizin həlak olması xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA