Suriyada nazirlər öldürüldü; bir neçə nazir isə yaralandı

img

18-07-2012 [04:44]


Suriyanın paytaxtı Dəməşqdə terrorçu-kamikadze özünü Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında partladıb. Lent.az-ın məlumatına görə, MTX-nın mənzil qərargahına hücum nəticəsində Suriya müdafiə naziri, general Daud Raca öldürülüb, daxili işlər naziri və kəşfiyyat rəhbəri yaralanıb. Terrorçu kamikadze partlayıcı qurğunu binada bir neçə nazirin və digər rəsmi şəxslərin görüşü keçirilən zaman işə salıb. Yaralılar Dəməşqdəki Əl-Şami xəstəxanasına yerləşdiriblər. Son məlumatlara görə, Bəşər Əsədin yeznəsi (bacısı Buşranın həyat yoldaşı), müdafiə nazirinin müavini Asəf Şaukat da öldürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA