Bəzər Əsəd özünə ayrı dövlət yaradır

img

17-07-2012 [09:23]


Suriyada şiddətli döyüşlər davam edir. Hökumət qüvvələri ilə üsyançı hərbçilər arasında gedən döyüşlər paytaxt Dəməşqə sıçrayıb. Paytaxın strateji Bağdad və Abasiyə məhəllələrində, eləcə də mərkəzə yaxın bölgələrdə yaşanan silahlı toqquşmalar zamanı çoxlu sayda ölü və yaralının olduğu deyilir. Bəşər Əsədin əmrindəki ordudan qaçaraq müxaliflərə qoşulan hərbçilərin yaratdığı ?Azad Suriya Ordusu? açıqlama yayaraq hökumət qüvvələrinə qarşı ölkə miqyaslı əməliyyatlar başlatdıqlarını bildirib. Rejimin getdikcə təkləndiyini görən və devrilməsi an məsələsi olan Bəşər Əsədin özünü qorumaq üçün müdhiş plan hazırladığı ortaya çıxıb. Suriyanın keçmiş vitse prezidenti Abdulhalim Haddam bildirib ki, Dəməşq Bəşər Əsədin nəzarətindən çıxarsa o, Aralıq dənizi sahilində yeni Şiə dövləti quracaq. Onun sözlərinə görə, Bəşər Əsəd raket və strateji silahlarını həmin bölgəyə toplayır. Burada yeni dövlət qurulması realdır. Haddam Suriyanın keçmiş rəhbəri Hafiz Əsədin müavini olub, o rəhmətə getdikdən sonra müvəqqəti ölkə başçısı səlahiyyətlərini icra edib və Bəşər Əsədin hakimiyyətə gəlməsində mühüm rol oynayıb. Abdulhalim Haddamın sözlərinə görə, Bəşər Əsəd Aralıq dənizi sahilindən Ənsariyə dağlarına qədər uzanan Lazkiyə və Tartus şəhərlərini də əhatə edən, Şiələrin kompakt yaşadığı bölgələrdə yeni dövlətı yaratmaqda qərarlıdır. azadliq.info

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA