Qondarma erməni soyqırımı ABŞ Ali Məhkəməsində

img

04-07-2012 [03:50]


İlk dəfə olaraq ABŞ-ın Ali Məhkəməsində qondarma erməni soyqırımı ilə bağlı iddia qaldırılacaq. 2003-cü ildə ilk qeydiyatdan keçdiyi vaxtdan bu yana bu iddia ilə bağlı müxtəlif federal məhkəmələr məsələ ilə bağlı zidd mövqelər nümayiş etdirirdilər. 2012-ci ilin iyunun 22-də erməni iddaçılarının vəkili İqor Timofeyev ABŞ Ali Məhkəməsindən bu məsələyə yenidən baxmağı xahiş edib. Konqress və icra hakimiyyətinin nümayəndələrinin qondarma erməni soyqırımının xeyrinə olan bəyanata istinad edərək İ. Timofeyev bildirib ki, ABŞ rəhbərliyi uydurma erməni soyqrımı qətnaməsinin uzun illər ərzində müxtəlif ştatlar tərəfindən qəbuluna nəinki etiraz etmirdi, hətta Birləmiş Ştatlar prezidenti Barak Obama 2012-ci il 24 aprel bəyanatında etdiyi kimi onları alqışlayırdı. Qeyd edək ki, bu iddiaya əsasən qondarma erməni soyqırımının tanınması deyil, əsaslandırılmış sığorta tələbləri üzrə kompensasiyanın ödənilməməsinə aiddir. Hazırda Ali Məhkəmənin apellyasiya şikayətini qəbul edib-etməyəcəyi məlum deyil. Belə ki, qurum baxılmaq üçün hər il ancaq kiçik həcmdə işləri qəbul edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA