Bəzər Əsəd Türkiyədən üzr istədi

img

03-07-2012 [12:43]


Suriya prezidenti Bəşər Əsəd Türkiyəyə məxsus təyyarəni vurduqları üçün peşman olduğunu etiraf edib. Əsəd bu barədə Türkiyənin ?Cümhuriyyət? qəzetinə verdiyi müsahibədə bildirib. O, belə bir addımı atdıqları üçün peşman olduqlarını deyərək ?kaş ki etməyəsdik?-deyə vurğulayıb. ?Biz bilmirdik ki, həmin təyyarə Türkiyəyə aiddir. Hadisə baş verəndən sonra bildik ki, vurulan qırıcı təyyarə Türkiyənindir. Əlbəttə, biz buna görə peşman olduq. Kaş ki bunu etməsəydik?. B.Əsəd hadisəyə görə, Türkiyə xalqından üzr istədiklərini bildirib. Daha sonra B.Əsəd hakimiyyətdən nə üçün getməməsi ilə bağlı jurnalistin sualını belə cavablandırıb: ?Əgər mən kreslo fikirləşən olsaydım Amerikanın təlqin və təlimatlarını yerinə yetirərdim. Neftdən gələn dollarların arxasından qaçardım. Amma daha əhəmiyyətlisi ölkəmdə raketdən müdafiə sisteminin qurulmasına qurmasına icazə verərdim. Odur ki, mən vəzifədənsə xalqımı düşünürəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA