ATƏT PA-nın Monako sessiyası bazlayır

img

02-07-2012 [06:32]


Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun XXI yay sessiyasında iştirak etmək üçün Monako Knyazlığının Monako-Vill şəhərinə səfər edəcək. Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildirlər. Sessiyada ?ATƏT: dəyişən bölgə? mövzusunda çıxışlar dinləniləcək. Tədbirdə ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorun, təşkilatın Parlament Assambleyasının sədri Petros Eftimiunun və digər rəsmilərin çıxışları gözlənilir. Sessiya çərçivəsində qurumun Daimi komitəsinin və Bürosunun, habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə ATƏT regionunda təhlükəsizliyin gücləndirilməsi, quruma üzv dövlətlərdə seçkiləri müşahidə prosesinin təkmilləşdirilməsi, qərarların qəbulunda qadınların bərabər iştirakı, su ehtiyatlarından istifadə sahəsində təcrübə mübadiləsi, yeni və bərpa olunan enerji mənbələrinin istismarı, ATƏT regionunda hərəkət azadlığı, Əfqanıstanla əməkdaşlığın inkişafı, İranın nüvə proqramı, Gürcüstanda vəziyyət və digər məsələlərlə bağlı müzakirələr aparılacaq. Sessiya çərçivəsində qurumun dəyişən bölgədə Aralıq dənizi tərəfdaşlığına həsr olunmuş forumu keçiriləcək. Nümayəndə heyətimizin üzvləri sessiya zamanı keçirilən tədbirlərdə müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər. Səfər zamanı Bahar Muradovanın tədbirdə iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur. Səfər iyulun 10-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA