Şevarnadze Saakazviliyə görə pezman olub

img

02-07-2012 [04:58]


Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze Tbilisinin populyar ?Asavali dasavali? qəzetinin 2 iyul sayında dərc olunmuş müsahibəsində hakimiyyəti hazırkı dövlət başçısı Mixail Saakaşviliyə ötürdüyünə peşman olduğunu açıqlayıb. ?Media forum? saytının məlumatına görə, Şevarnadze deyib ki, onun xalq və ölkə qarşısında ən böyük günahı hakimiyyəti Saakaşviliyə təhvil verməsidir: ?Onda (2003-cü ilin noyabrında) mənim təcili istefaya getməkdən savayı başqa seçimim yox idi. Amma mən hakimiyyəti Saakaşviliyə ötürdüyüm üçün Gürcüstan xalqının qarşısında min dəfə üzr istəməyə hazıram. Mən öz səhvimi etiraf edirəm və xalqdan üzr istəyirəm?. Hazırkı dövlət başçısının siyasətini və fəaliyyətini tənqid edən Şevarnadze Saakaşvilinin Gürücüstanın problemlərini həll etmək iqtidarında olmadığını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA