Saakazvili Azərbaycana səfərini yarımçıq kəsdi

img

29-06-2012 [05:06]


Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün Azərbaycana gələn Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsində baş verən təbii fəlakətlə əlaqədar səfərini yarımçıq kəsib. Bu barədə yerli KİV Şaakaşvilinin administrasiyasına istinadla məlumat yayıb. Məlumata görə, Gürcüstanın qərbində, Sameqrelo regionunda ötən gün yağan güclü yağış daşqına səbəb olub. Nəticədə yollar bağlanıb, 7 kənd köməksiz vəziyyətə düşüb. Fəlakətin nəticələrini aradan qaldırmaq üçün regiona xilasedicilər və xüsusi texnik cəlb edilib, bir neçə xüsusi qərargah yaradılıb. Gürcüstan prezidenti də Bakıdan qayıdan kimi fəlakət bölgəsinə yollanıb.#252;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA