Türkiyə təyyarəsinin vurulması ilə bağlı üç versiya

img

27-06-2012 [12:41]


[b]Tahir Abbaslı: ?Əgər Türkiyə Əsəd rejiminin devrilməsini bu və ya digər şəkildə dəstəkləyirsə bu çür situasiyalara da hazır olmalıdır? [/b] ?Türkiyə təyyarəsinin Suriya tərəfindən vurulması ikincinin xeyrinə olmayan bir hadisədir. Bu hadisə Əsəd rejiminin ömrünü daha da qısaldacaq. Ən azı Əsədin bağışlanması yolunda bir əngələ çevriləcək?. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyib. Onun sözlərinə görə, təyyarənin xəbərdarlıq olmadan, hərbi qaydalara uyğun zərərsizləşdirmə əməliyyatı həyata keçirilmədən vurulması bir neçə versiyanı aktuallaşdırır: ?Əslində əvvəlcə xəbərdarlıq olunmalı, nəticə verməsə Suriya ordusunun qırıcıları tərəfindən mühasirəyə alınmalı idi. Bu da nəticə verməsə atəş açıla bilərdi. Birincisi, ola bilsin ki, Bəşər Əsəd özü bu qərarı verib. Məqsəd də Türkiyəni bu prosesdən çəkindirmək, ümumilikdə meydan oxumaq olub. Yaxud bu işdə Əsədin havadarı olan İranın və ya Rusiyanın barmağı var. Yəni Əsəd havadarları tərəfindən belə bir addıma məcbur edilib. Bundan başqa ola bilsin ki, Suriya ordusunda vəziyyəti ABŞ-ın, NATO-nun xeyrinə qızışdırmağa xidmət edən qüvvə var. Və bu qüvvə devrilmə prosesinin sürətlənməsi üçün belə bir addım atıb?. Bütün hallarda baş verən hadisənin Əsəd rejiminin xeyrinə olmadığını deyən AİDP sədrinin fikrincə Türkiyə də emosionallığa yol verə bilməz: ?Əgər Türkiyə Əsəd rejiminin devrilməsini bu və ya digər şəkildə dəstəkləyirsə bu çür situasiyalara da hazır olmalıdır. Hesab edirəm ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri ilə görüşü də məhz bu məqamla bağlıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA