Prezident Türkiyədə səfərdədir

img

26-06-2012 [12:21]


İyunun 25-də Azərbaycan prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Prezidenti Atatürk Hava Limanında Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA