"Təyyarəmiz beynəlxalq hava sahəsində vurulub"

img

24-06-2012 [02:27]


Xarici işlər naziri Əhməd Davudoğlu Suriyada düşürülən təyyarənin aqibəti, axtarışların nəticələri, atılacaq addımlar haqda sualları "TRT Haber"də cavablandırıb. İki pilotun ailəsinə səbr diləyən nazir "Bütün imkanlarımızla tapılmaları üçün səy göstəririk. İnşallah xeyirli xəbər alarıq. Ailələrinə mətanət diləyirəm" deyib. Davudoğlu rəsmi açıqlamanın niyə gec verilməsi haqda sualı belə cavablandırıb: "Bu, çox ciddi nəticələri ola biləcək bir hadisədir. Baş nazirimiz və digər rəsmilərimiz hadisənin mahiyyətini anlamaq və böhranı idarə etmək üçün soyquqanlı davrandılar. Biz təyyarə yoxa çıxdıqdan bir müddət sonra xəbər aldıq. Suriya tərəfi ilə təmasa keçildi. Prioritetimiz pilotlarımızın tapılmasıydı. Hadisənin mahiyyəti anlaşıldıqdan sonra mən baş nazirimizə məlumat verdim. Baş nazir əvəzi Arınçı və prezidenti məlumatlandırdım. Baş nazirimiz proqramını dəyişərək Ankaraya gəldi, təhlükəsizlik müşavirəsi keçirdik. Dünən yenidən ordu, xarici işlər və MİT rəhbərliyinin iştirakıyla 5-6 saat davam edən texniki səviyyəli toplantı keçirdik. Tam mənzərəni müəyyənləşdirməyə çalışdıq və bütov rəsmi görməyə çalışdıq". Davudoğlu axtarışların Suriya ilə birlikdə aparılmadığını, sadəcə Suriya quru sularında aparıldığı üçün koordinasiyalı fəaliyyət göstərildiyini deyib. Dünən xarici işlər nazirləri, baş nazirlər, dövlət başçıları daxil olmaqla 15 telefon söhbəti həyata keçirdiyini deyən Davudoğlu Türkiyənin impulsiv addım atacaq, səhv məlumatlarla hərəkət edəcək ölkə olmadığını vurğulayıb: "Biz məlumatları toplayıb bütöv rəsmi çəkərik, sonra qərarlılıqla bütün addımlarımızı atarıq". Nazir Türkiyə təyyarəsinin milli radarları test etmək və təlim məqsədilə uçuş həyata keçirdiyini, Suriya ilə bağlı hər hansı vəzifəsinin olmadığını bildirib. Davudoğlu təyyarənin təkbaşına, solo uçuşu həyata keçirdiyini deyib: "Başqa bir vəzifə olsa, heç bir ölkə təyyarəsini təkbaşına göndərməz. Bu vəzifələr davamlı həyata keçirildiyi üçün risk ehtimalı düşünülməyib. Bundan əlavə, təyyarəmiz silahsızdır. Riskli vəzifəyə göndərilən təyyarə silahla təmin edilir. Təlim-test uçuşu həyata keçirən təyyarə isə silahla təchiz edilmir. Bunu hərkəs bilir. Təyyarənin kimliyi və xarakteristikası çox açıqdır. Buradan bir təhdid nəticəsi çıxaqmağın arxasında ya pis niyyət, ya da qeyri-peşəkarlıq dayanır". Davudoğlu Türkiyə təyyarəsinin beynəlxalq hava sahəsində vurulduğunu bildirib: "Radarlardan da əldə etdiyimiz məlumatlar onu göstərir ki, təyyarəmiz Suriyanın hava sahəsinə 13 mil məsafədə, beynəlxalq hava sahəsində vurulub. Vurulduqdan sonra nəzarəti itirərək Suriyanın quru sularına düşüb. Təyyarənin 1300 metr dərinlikdə olduğu güman edilir". Nazir Türkiyə təyyarəsinin Suriyanın hava sahəsini pozduğu üçün vurulduğu iddiasını da cavablandırıb: "Təyyarə vurulmadan 15 dəqiqə əvvəl qısa müddət ərzində Suriya hava sahəsinə girib. Amma sürətli uçuşlarda bu cür kiçik pozuntular hər zaman olur. Suriya tərəfindən bizim təyyarəmizə xəbərdarlıq edilməyib. Əksinə, bizim radarlardan gələn xəbərdarlıq nəticəsində təyyarəmiz dərhal geri dönüb və o pozuntu aradan qaldırılıb. Təyyarəmiz bundan 15 dəqiqə sonra vurulub. İndi Suriya bu iki hadisə arasında əlaqə qurmağa çalışır. Amma bu iki hadisə arasında əlaqə yoxdur". Davudoğlu bunun qəza, yoxsa qəsd olduğu haqda sualın cavabında bildirib ki, Türkiyə üçün indi əsas məsələ pilotların taleyidir: "Pilotların taleyi müəyyənləşdikdən sonra Türkiyə lazım gələn bütün addımları qərarlılıqla atacaq. Niyyəti nə olursa olsun, silahsız bir təyyarənin vurulmasını sorğulayacağıq. Kimsə Türkiyənin milli güvənlik anlayışını və bizim gücümüzü sınaya bilməz. Əvvəlcə pilotlarımızın axtarışını həyata keçirəcəyik, sonra beynəlxalq ictimaiyyətin bilgiləndirilməsi üçün lazımi addımları atacağıq. Biz heç vaxt bölgədə gərginlik tərəfdarı olmamışıq. Türkiyənin mənafelərindən söhbət getdiyi zaman nə qədər qərarlı addımlat atdığımızı da dünya bilir". Türkiyənin çətin bir mərhələdən keçdiyini deyən nazir Ankaranın kimsəyə haqsız reaksiya vermədən haqlı olduğu yerdə qərarlı addımlarını atacağını bildirib: "Kimsə Türkiyənin qərarlılığına şübhə etməməlidir. Türkiyə ictimaiyyəti bu məsələdə yetişkinliyini nümayiş etdirdi. Ana müxalifət liderindən gələn açıqlamalar təqdirə layiq oldu. Türkiyə qürurlu mövqeyini ortaya qoydu. Hökumətimiz qərarlılığını, müxalifətimiz həssaslığını nümayiş etdirdi. Bütün bunlar müsbət addımlardır. Türkiyə beynəlxalq hüquq çərçivəsində öz mənafelərini qoruyacaq gücdədir". Davudoğlu NATO və BMT-nin də bilgiləndiriləcəyini, beynəlxalq birlikdə koordinasiya içində bütün addımların atılacağını, daha konkret açıqlamaları isə baş nazir Rəcəb Tayyib Ərdoğanın çərşənbə axşamı günü partiyasının fraksiya toplantısında verəcəyini deyib. www.trtazerbaycan.com#601;d

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA