Azərbaycandan irana növbəti nota

img

22-06-2012 [03:54]


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana sayca 4-cü notasını verib. Notanı Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə təqdim edib. Bunu müsahibəsində XİN-nin mətbuat katibi Elman Abdullayev bildirib. O söyləyib ki, İran tərəfi Azərbaycanın bundan əvvəl göndərdiyi notalarına nəhayət cavab versə də, amma bu notada göstərilən məlumatlar natamamdır. Belə ki, notada Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin həbsi ilə əlaqədar səbəb kimi onların cinayətə təşəbbüs etməsi göstərilir. E.Abdullayev deyib: ?Lakin Azərbaycan vətəndaşlarının hansı ərazidə olması və cinayətlərinin nədən ibarət olması barədə hər hansı məlumat verilmir. Məhz buna görə də Azərbaycanın Xarici İşlər Nazirliyi İran tərəfinə sayca 4-cü notasını göndərib. Bu notada Azərbaycanın Təbrizdəki Baş Konsulunun ən qısa müddətdə İranda saxlanılan vətəndaşlarla görüşünün təşkili qeyd olunur. Azərbaycan vətəndaşları haqda məlumat alınması və onların təhlükəsizliyi Azərbaycanın xaricdəki diplomatik missiyalarının prioritet vəzifəsidir. Ona görə də diplomatlarımız bizim vətəndaşlarla görüşməli, onların vəziyyəti və saxlanma şəraiti ilə tanış olmalı, həbs barədə daha detallı informasiya almalıdır. Notamızın göndərilməsində əsas məqsəd saxlanılan Azərbaycan vətəndaşları ilə görüşün təşkili, onların İranda saxlanılma şəraitinin yaxından öyrənilməsi və onların tutulmasının səbəblərinin araşdırılmasıdır. Bu şəxslər həbs olunsalar da, amma İran tərəfi onların hansı cinayətləri törətməsini göstərmirlər?. Xatırladaq ki, Azərbaycan vətəndaşları F.Hüseyn və Ş.Hacızadənin bu il mayın 2-də Təbrizdə mülki şəxslər tərəfindən saxlanıldığı barədə xəbərlər yayılıb. Azərbaycan XİN vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfinə nota göndərib, lakin uzun müddət cavab ala bilməyib. SalamNews

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA