Azərbaycan Beynəlxalq Korrupsiya Əleyhinə Mübarizə Alyansının konfransında iztirak edib

img

21-06-2012 [05:40]


Vaşinqtonda Beynəlxalq Korrupsiya Əleyhinə Mübarizə Alyansının "Korrupsiya əleyhinə mübarizə: İnnovasiyalar və yeni üfüqlər" mövzusunda ikinci konfransı keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Dünya Bankının təşkilatçılığı ilə iki ildən bir keçirilən tədbirdə dünyanın 130 ölkəsindən korrupsiya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların və bir sıra beynəlxalq təşkilatların əməkdaşları iştirak ediblər. Tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi Vüqar Əliyev təmsil edib. Plenar iclas və sessiyalarla müşaiyət olunan konfransda beynəlxalq əməkdaşlıq və korrupsiyaya qarşı mübarizədə yeni texnologiyaların tətbiqi mövzularında çıxışlar və təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirin ikinci günü müasir texnologiyaların sərgisi nümayiş etdirilib. Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə təşkil olunmuş iclas və digər görüşlərdə Əliyev korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlər, xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının qəbulu və müvəffəqiyyətlə icrası, ölkəmizin korrupsiya ilə mübarizədə beynəlxalq nəzəriyyə və təcrübəni özündə əks etdirən konvensiyalara qoşulması və milli qanunvericiliyə implementasiyası, bu sahə üzrə ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin təşkili və fəaliyyətə başlaması, eyni zamanda, idarə tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirin davamı olaraq Corc Vaşinqton Universitetinin hüquq fakultəsində cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması mövzusunda ikigünlük təlim təşkil edilib. Təlimlərdə həmin universitetin professorları Cek Smit və Tomas Lasikin mühazirələri böyük maraqla qarşılanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA