Türk ordusu PKK-ya qarzı iri əməliyyata bazladı

img

20-06-2012 [03:03]


Türkiyə ordusu Hakkari vilayətinin İraqla sərhəddə yerləşən Şəmdinli kəndində daxili təhlükəsizlik qüvvələrinin postuna hücum edərək, 8 əsgəri şəhid edən, 19-nu yaralayan PKK terrorçularına qarşı geniş miqyaslı əməliyyata başlayıb. İndiyə qədər olan məlumatlara görə, 29 terrorçu öldürülüb. Bölgədə start verilən antiterror əməliyyatlarına qırıcılar, ağır texnika və 4000 əsgər cəlb olunub. Dağlıq ərazilərə helikopterlərlə xüsusi təyinatlı dəstələr endirilib. PKK-çıların Şimali İraqa qaça biləcəyi yollar kəsilib. Başladılan əməliyyatda 300 nəfərlik terrorçu qrup mühasirəyə alınıb. Yüksekova və Şəmdinli bölgəsində iki ayrı istiqamətdə aparılan əməliyyat zamanı terrorçuların gizləndiyi və pusqu quracağı yerlər də mühasirəyə alınıb. Baş nazirlikdə keçirilən təhlükəsizlik toplantısından sonra yayılan açıqlamada pilotsuz təyyarələr, hərbi hava qüvvələri, vertolyotlar və quru qoşunlarının cəlb olunduğu əməliyyatın terrorçular zərərsizləşdirilənə qədər davam edəcəyi bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA