ABŞ Senatı Komitəsi Azərbaycana səfir namizədi dəstəkləyib

img

20-06-2012 [10:22]


ABŞ Senatının Xarici Münasibətlər üzrə Komitəsi iyunun 19-dakı iclasında Ağ Evin Azərbaycana səfir postuna irəli sürülən, hazırda Dövlət Departamentində Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndə Riçard Moninqstarın namizədliyini dəstəkləyib. Demokrat senator Con Kerrinin sədrliyi ilə keçirilən iclasda senat üzvləri yekdilliklə məsələyə Senatın tam tərkibli iclasında baxılmasını tövsiyə ediblər. Qeyd edək ki, Senatın tam tərkibinin qərarı Riçard Moninqstarın Azərbaycana səfir kimi təsdiqlənməsi prosesində sonuncu pillədir. Ötən dəfədən fərqli olaraq, bu dəfə erməni mənşəli elektoratın təsiri altında qərarlar qəbul edən Xarici Münasibətlər üzrə Komitənin üzvləri, kaliforniyalı senator Barbara Bokser və Nyu-Cersi ştatının nümayəndəsi Robert Menendez yeni namizədə qarşı veto hüququndan istifadə etməyiblər. Bununla yanaşı, xanım Bokser iclasda bəyanatla çıxış edərək səfir Moninqstarı Azərbaycana səfir təsdiq olunacağı təqdirdə öz vəzifəsindən istifadə verərək ?Azərbaycan hökumətinin Ermənistan və Dağlıq Qarabağa qarşı artan təcavüz aktlarının qarşısnı almağa? çağırıb.#601;r

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA