Nazir müavinindən türkmən səfirə xəbərdarlıq

img

18-06-2012 [06:54]


Bu gün Türkmənistanın Azərbaycandakı səfiri T.Komekov Xarici İşlər Nazirliyinə dəvət olunub və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə bildirilib ki, 2008-ci ildə Azərbaycan Respublikası və Türkmənistan Prezidentləri arasında əldə olunmuş razılaşmaya əsasən tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcəklər. Bu razılaşma pozularaq, Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən ?Kəpəz? yatağında Türkmənistan tərəfindən seysmik işlərin aparılmasına başlamaq cəhdi göstərilir. Bununla əlaqədar olaraq Türkmənistan tərəfinə qəti etiraz bildirilib və qeyd olunub ki, Türkmənistanın hüquqa zidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır.#601;fin

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA