Elmar Məmmədyarov Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti ilə görüzüb

img

13-06-2012 [08:36]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Beynəlxalq Ədalət Məhkəməsinin Prezidenti Peter Tomka ilə görüş keçirib.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Peter Tomka Nazir Elmar Məmmədyarovu səmimi salamladıqdan sonra, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin strukturu, yurisdiksiyası, hal-hazırda baxdığı işləri və Məhkəmə sistemində edilən islahatlar barədə məlumat verərək, Azərbaycanın Məhkəmənin fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Elmar Məmmədyarov Azərbaycanın demokratik dövlət kimi qanunun aliliyinə hörmətlə yanaşdığını, müvafiq beynəlxalq mübahisə və münaqişələrin beynəlxalq hüququn prinsip və normaları əsasında həll olunmasının tərəfdarı olduğunu, ölkənin BMT-nin tam hüquqlu üzvü kimi Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini dəstəklədiyini qeyd edib. Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA