Bizkekdə TürkPA-nın plenar sessiyası keçiriləcək

img

12-06-2012 [04:51]


yun tarixində Qırğızıstanın Bişkek şəhərində keçiriləcək TürkPA-nın III plenar sessiyasına hazırlıq məqsədi ilə baş katib Ramil Həsənovun rəhbərliyi altında nümayəndə heyəti Qırğızıstanda yola düşüb. Plenar sessiyaya hazırlıq prosesi təxminən 3 ay davam edir. 15 iyun tarixində keçiriləcək sessiyanın işində TürkPA üzv ölkələrindən olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin Türk Konseyi, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyi, Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. 14 iyun 2012-ci il tarixində baş tutacaq Assambleya Şurasının III iclasında TürkPA-nın III plenar sessiyasının gündəliyi qəbul ediləcək, dörd daimi komissiyaların katibi vəzifəsinə seçkilər keçiriləcək, Katibliyin 2011-ci il üçün maliyyə və fəaliyyət hesabatları təsdiq ediləcək, həmçinin IV plenar sessiyasının keçirilmə tarixi və yeri müəyyənləşdiriləcək. 15 iyun 2012-ci il tarixində keçiriləcək TürkPA-nın III Plenar Sessiyasında üzv ölkələrinin sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək, TürkPA-nın son 1 illik fəaliyyətinə həsr olunmuş slayd şounun təqdimatı olacaq, bundan başqa beynəlxalq əlaqələr, iqtisadiyyat, ticarət və maliyyə məsələləri, sosial, mədəniyyət və humanitar məsələləri, hüquq məsələləri komissiyalarının hesabat və tövsiyə qərarlarının, həmçinin TürkPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş prezident və parlament seçkilərinə dair rəylərinin dinlənilməsi və təsdiqi də planlaşdırılır. Bundan əlavə yuxarıda qeyd edilmiş komissiyaların sədr müavini vəzifəsinə namizədlərin seçimi plenar sessiyada baş tutacaq. Qeyd edək ki, plenar sessiyada Katibliyin 2013-cü il üçün büdcə layihəsinin təsdiqi də gözlənilir. Sonda TürkPA-nın III plenar sessiyasının yekun sənədi olan ?Bişkek Bəyannaməsinin qəbulu nəzərdə tutulub. Plenar sessiyadan sonra üzv ölkələrin parlament sədrləri və TürkPA baş katibinin iştirakı ilə sessiyanın yekununa dair mətbuat konfransı keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA