ilham Əliyevdən kraliçaya təbrik məktubu

img

11-06-2012 [07:31]


Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik məktubu ünvanlayıb. "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz və Taxta çıxmağınızın 60 illiyi münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi əməkdaşlığımızın geniş spektrdə müvəffəqiyyətlə davam etməsinə mühüm təsir göstərir. Əminəm ki, ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr, qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir. İlham Əliyev II Elizabetə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Birləşmiş Krallığın dost xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA