Uno raket çıxdı

img

08-06-2012 [02:23]


Rusiyanın Həştərxan vilayətindəki ?Kapustin Yar? poliqonundan dünən ?Topol? qitələrarası ballistik raketinin uğurlu sınağı həyata keçirilib. Raketin sınağı Bakı vaxtı ilə saat 22.39-da həyata keçirilib. Bu barədə Rusiya müdafiə nazirliyinin nümayəndəsi Vadim Koval məlumat verib. Raket Qazaxıstanın ?Sarı Şaqan? poliqonundakı şərti hədəfi vurub. Həştərxan və Volqoqrad vilayətlərinin sakinləri ilk olaraq səmada hərəkət edən raketi görüblər. Daha sonra Azərbaycan, İsrail, Əfqanıstan, Livan və digər ölkələrin sakinləri bu hadisənin şahidi olublar. Bütün bu ölkələrdə söhbətin uçan naməlum obyekt və ya meteoritdən getdiyi güman edilib. Xatırladaq ki, iyunun 7-də saat 22.50 radələrində Azərbaycanın bir sıra bölgələrinin, o cümlədən Bakının sakinləri səmada uçan obyekt gördüklərini iddia ediblər. Çox hündürdə olan obyekt qərbdən şərqə doğru hərəkət edib və 3 dəqiqə ərzində görünüb. Şahidlər bu müddət ərzində sanki partlayış baş verdiyini, həmin zaman səmanın süd rənginə büründüyünü bildirirlər. Obyektin sürəti yüksək olmayıb. Obyektin diametri gözlə 3-5 metr görünüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA