Ərdoğan: ?Əsəd öz acı sonunu hazırlayıb?

img

08-06-2012 [01:27]


Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyub Ərdoğan jurnalistlərə Suriyadakı vəziyyətlə bağlı açıqlama verib. O, bu dəfə Suriya rejiminin diktatatoru Bəşər Əsədlə bağlı açıqlamasında qəti danışıb və deyib ki, hər nə yolla olursa olsun, Əsəd gedəcək: Bu gün Əsəd küçələrdə, dar məhəllələrdə insanları qətlə yetirir, onların boğazlarını kəsdirir, yandırır. Belə qətliam ola bilərmi? Öz xalqına qarşı belə vəhşilik edən kəs getməlidir. Mən açıq deyirəm, o, öz acı sonunu hazırlayıb. Baxın, açıq və qəti deyirəm: O, gedəcək?. Türkiyə lideri deyib ki, iyunun 20-də Meks?kada keçiriləcək C-20-lərin toplantısında Suriyadakı vəziyyətlə bağlı yeni plan müzakirəyə çıxarılacaq və qəti addımlar atılacaq: ?Orada liderlərlə yeni planla bağlı qəti fikrə gələcəyik. Rusiyanın Yəmən modeli ilə bağlı ideyasına münasibətini açıqlayan Ərdoğan deyib ki, bu variant masaya yatırıla bilər: ?Bu ideya dartışıla bilər. Açığı, biz bu təklifi məqbul sayırıq. Amma bir məsələ var ki, Yəmən modelində Əsəd getməlidir. Bilmirəm, onu belə bir gedişə razı salıblar, yoxsa yox??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA