Davudoğlu: izğal altında torpaqlardan çıxdıqdan sonra Ermənistanla əlaqələr qurula bilər

img

07-06-2012 [04:39]


İyunun 8-də Trabzonda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üştərəfli toplantısı, habelə ötən ay Naxçıvanda keçirilmiş Türkiyə-Azərbaycan-İran diplomatik idarələri başçılarının görüşünün əsas məqsədi Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Bunu Türkiyə Böyük Millət Məclisində çıxış edən xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Onun sözlərinə görə, Ankara bütün qonşularla əlaqələrin yaxşılaşmasını istəyir. Bütün əngəllərə baxmayaraq, Qafqazda sülhə hörmət etdikdən və işğal altında saxladığı Azərbacan torpaqlarından çıxdıqdan sonra Ermənistanla da əlaqələr qurula bilər. Deputatların suallarını cavablandıran Ə.Davudoğlu deyib ki, qonşularla münasibətlərin gərginləşməsinə dair iddialar doğru deyildir. Belə ki, hazırda Azərbaycan, Rusiya, Ukrayna və Bolqarıstanla yüksək səviyyəli əməkdaşlıq şurası çərçivəsində sıx əlaqələr mövcuddur. Millət Məclisinin plenar iclasında söz alan millət vəkili Sinan Oğan bildirib ki, Türkiyə ilə yanaşı, Azərbaycandan da şəhid xəbərləri gəlib. "Biz, qardaş xalqa və şəhid ailələlərinə dərin hüznlə başsağlığı veririk".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA