San Dieqo zəhərində 28 may-Respublika Günü qeyd olunub

img

02-06-2012 [12:50]


;rbaycanın Los Ancelesdəki Baş Konsulluğu 28 may-Respublika Günü münasibətilə Kaliforniyanın San Dieqo şəhərində ziyafət keçirmişdir. Qeyd edək ki, San Dieqo Kaliforniyanın ikinci ən böyük şəhəridir. San Dieqonun Svitzer Haylənd rayonu Bakının Nəsimi rayonu ilə qardaşlaşmışlar. Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan Demokratik Respublikasının (ADR) əldə etdiyi nailiyyətlərdən, ABŞ Prezidenti V.Vilsonun ADR diplomatları ilə tarixi görüşündən, müstəqilliyin 21 ili ərzində Azərbaycanın keçdiyi sürətli inkişaf yolundan, Azərbaycan-ABŞ tərəfdaşlığının və San Dieqo və Bakı şəhərlərinin sözügedən rayonları arasındakı münasibətlərin önəmindən bəhs etmişdir. Sonra San Dieqo şəhərinin merinin və San Dieqo Dairəsinin nümayəndələri çıxış edərək, müvafiq təbrik bəyanatlarını baş konsula təqdim etmişlər. Bəyanatlarda ziyafətin keçirildiyi tarix, yəni 31 may bütün San Dieqo şəhərində və Dairəsində ?Azərbaycan Milli Günü? elan edilmişdir. Həmçinin, Respublika Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaradılmasının 20-ci ildönümü münasibətilə ABŞ Konqresmeni Suzan Deyvis, Kaliforniya Ştat Senatının üzvü Kristin Keho, Kaliforniya Ştat Assambleyasının üzvü Toni Atkins və San Dieqo Şəhər Şurasının üzvü Todd Qlorianın verdiyi təbrik bəyanatları N.Ağayevə təqdim olunmuşdur. Sonda tədbir iştirakçıları Azərbaycan mətbəxinin təamlarına qonaq edilmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA