Mübarək ömürlük həbs olundu, diktatorun ürəyi tutdu

img

02-06-2012 [12:29]


Misir məhkəməsi keçmiş prezident Hüsnü Mübarəkə bu gün hökm oxuyub. Hökmə əsasən sabiq prezident ömürlük azadlıqdan məhrum edilib. Müstəqil İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökmdən sonra məhkəmə zalından çıxarılan Hüsnü Mübarəkin səhhətində ani problemlər meydana çıxıb: ?Onun ürəyi qəfil tutdu. Nəzarətçilər dərhal keçmiş prezidenti xəstəxanaya qaldırdılar?. Xatırladaq ki, Mübrək keçən il ona qarşı etiraza qalxmış nümayişçilərin güllələnməsində günahkar bilinir. Mübarəklə birgə keçmiş müdafiə naziri Həbib əl-Ədli və daha 6 yüksək rütbəli zabit də müttəhimlər kürsüsündədir. Mübarəkin vəkilləri məhkəmədə bəyan ediblər ki, müdafiə etdikləri şəxs hələ də qanuni prezidentdir, o, devrildiyindən məhkəmə prosesi qanunsuz keçirilir. Vəkillərin fikrincə Misirdə baş verənlər dövlət çevrilişdir və bu çevrilişi də xarici agentlər həyata keçiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA