Qənirə Pazayevanın Türkiyə səfəri

img

31-05-2012 [12:43]


Qənirə Paşayeva Türk Ocaqlarının rəhbəri Mehmet Öz və Türk Ocaqları Xanımlar heyətinin rəhbəri Filiz Avşar ilə görüşüb. Türk Ocaqlarının 100 illiyi çərçivəsində Ankarada keçirilən II Türk Dünyası Qadınlar Qurultayında iştirak edən millət vəkili, ?Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu? İB-nin rəhbəri Qənirə Paşayeva Türk Ocaqlarının genel başqanı Mehmet Öz və Türk Ocaqları Xanımlar heyətinin rəhbəri Filiz Avşar ilə görüşüb. Q. Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu? İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq sayəsində Türk Ocaqlarının 100 illiyinin Bakıda yüksək səviyyədə qeyd edildiyini bildirib. Qənirə Paşayeva Türk Ocaqlarının 100 illiyi şərəfinə onun araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı ?Əli bəy Hüseynzadə TURAN? kitabı İstanbul Türk Ocaqları tərəfindən Türkiyə türkcəsində çap edilərək Türkiyədə yayılmasını yüksək qiymətləndirib. Türk Ocaqlarının 100 illik tədbirlərinin Bakıda qeyd edilməsini yüksək qiymətləndirən Türk Ocaqlarının genel başqanı Mehmet Öz və Türk Ocaqları Xanımlar heyətinin rəhbəri Filiz Avşar millət vəkilini öz aralarında görməkdən məmnun olduqlarını, əməkdaşlığın bundan sonra da davam edəcəyini və ortaq layihələrin həyata keçiriləcəyini bildiriblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarının genel başqanı Mehmet Özə və Türk Ocaqları Xanımlar heyətinin rəhbəri Filiz Avşara Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar, ?Şərq? qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı ?Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım?, Azərbaycanın Qarabağ icmasının üzvü Həvva Məmmədova ilə birgə yazdığı ?Xocalı Soyqırımı: Şahidlərin dilindən?, araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı ?Əli bəy Hüseynzadə TURAN? kitablarını və ?Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu? İB-nin dəstəyi ilə hazırlanmış ?Dağıdılmış mədəniyyət beşiyi - Şuşa? filminin nüsxələrini təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA