Gürcüstan paytaxtında müxalifət mitinq keçirir

img

27-05-2012 [08:20]


Gürcüstanın paytaxtı Tiflisdə ?Gürcü arzusu? müxalifət koalisiyasının tərəfdarlarının kütləvi aksiyası keçirilir. Gürcü iş adamı Bidzina İvanişvilinin koalisiyasının minlərlə tərəfdarı əvvəlcə Tiflisin 3 rayonunda yürüş edib. Daha sonra müxalifət tərəfdarları Azadlıq meydanına toplaşmağa başlayıblar. Azadlıq meydanında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Meydanda başlamalı olan mitinqdə Bidzina İvanişvilinin çıxış edəcəyi gözlənilir. Aksiyaya gələnlər özləri ilə arzularını yazdıqları kağızlar gətiriblər və onları ?Gürcü arzusu? adlandırılan kisələrə atırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA