Gürcüstan parlamenti Tiflisdən köçdü

img

27-05-2012 [08:16]


Gürcüstanda yeni parlament binasının açılış mərasimi keçirilib. Paytaxt Tbilisidən 220 km aralıda, Kutaisi şəhərində inşa edilmiş yeni binanın açılışına ölkə prezidenti Mixayıl Saakaşvili də qatılıb. Açılış ölkənin müstəqillik bayramı ilə eyni günə salınıb. Prezident Saakaşvili və parlament sədri Davit Bakradze simvolik olaraq, tikintinin başa çatması üçün lazım olan son şüşə parçalarını fasada birləşdirib. Saakaşvili parlament binasını qərb şəhəri olan Kutaisiyə köçürülməsinin, Gürcüstanda birliyə xidmət edəcəyini qeyd edib. Gürcüstanın dövlət başçısı binanın paytaxtdan köçürülməsi ilə əsas məqsədin məhz mənfi stereotiplərin aradan qaldırılması olduğuna işarə edib: ?Ölkədə qərbi və şərqi Gürcüstan deyilən bir anlayış mövcud deyil. Gürcüstan prestijli və prestijsiz deyə adlandırılan zonalara ayrılmış ölkə deyil. Biz bir dövlət, bir xalqıq. Əhalinin olduğu istənilən yer - mərkəzdir". "Anspress"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA