Medvedev baz nazir oldu

img

26-05-2012 [07:05]


Rusiyanın baş naziri Dmitri Medvedev hakim "Vahid Rusiya" Partiyasının sədri seçilib. Bu qərar Moskvada partiyanın 13-cü qurultayında qəbul edilib. Qurultayın əvvəlində Rusiya prezidenti Vladimir Putin çıxış edərək, partiyanın sədri postuna Dmitri Medvedevi təklif edib və qeyd edib ki, onun sədr olmasının daha düzgün olduğunu hesab edir. Qurultayda iştirak edən nümayəndə heyətləri Dmitri Medvedevin namizədliyini yekdilliklə dəstəkləyiblər (anspress). Xatırladaq ki, son beş ildə dostlar bir neçə dəfə bir-birilə vəzifə dəyişdiirblər. Putinin birinci prezidentliyi dövründə baş nazirin birinci müavini olan Medvedev prezident olduqdan sonra onu baş nazir təyin etdi. Bu ilin martında yenidən prezident seçilən Putin izə öz növbəsində sabiq prezidenti baş nazir vəzifəsinə gətirib. Hakim partiyanın sədri postu da artıq ikinci dəfədir ki, dostlar arasında əldən-ələ keçir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA