Hillari Klinton Azərbaycana gələcək

img

26-05-2012 [10:23]


ABŞ-ın dövlət katibi Hillari Klinton iyunun 6-da Azərbaycana səfər edəcək. Bunu Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland mətbuat üçün açıqlamada bildirib. Səfər zamanı Hillari Klinton Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin, vətəndaş cəmiyyətinin liderləri ilə görüşlər keçirəcək. Azərbaycana səfər etməkdən öncə Klinton iyunun 4-də Ermənistana, iyunun 5-də isə Gürcüstana səfər edəcək. Dövlət katibi bu ölkələrin Prezidentləri və vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA