BMT müzahidəçiləri Suriyada zorakılığa tək son qoya bilməz

img

18-05-2012 [05:41]


BMT müşahidəçi missiyası Suriya hökuməti və ona qarşı mübarizə aparan müxalifət arasında əsl danışıqlar olmadan bu ölkədə zorakılığa tam son qoymağa nail ola bilməz. Suriyadakı BMT müşahidəçi qrupunun rəhbəri Robert Mud paytaxt Dəməşqdə keçirdiyi mətbuat konfransında bunu bəyan edib. "Biz Suriya xalqının, günahsız qadın və uşaqların normal həyata geri qayıtmaq ümidini reallaşdırmaqda çox ciddi və qətiyyətliyik. Ancaq bir-birinə qarşı mübarizə aparan tərəflər və onların tərəfdarları bunda bizə əsl imkan yaratmalıdır". Robert Mud hazırda Suriyada 60 ölkədən 260 müşahidəçinin olduğunu deyib. Müşahidəçi missiyanın rəhbəri Suriyada son sui-qəsd hücumları və partlayışların həyəcan doğurduğunu da qeyd edib. Xatırladaq ki, mayın 10-da hərbi kəşfiyyat binası qarşısında iki ardıcıl avtomobil partlayışı nəticəsində 55 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Bu arada Suriyanın müxalifət qruplarının yaydığı son həvəskar görüntüdə hökumət qüvvələrinin Rastan şəhərini atəşə tutduğu iddia olunur. Görüntüdə snayper atəşindən yaralanmış bir nəfərin digərlərinin köməyi ilə binanın içinə aparıldığı göstərilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA