israillə Türkiyə arasında növbəti skandal: cəsus quz aranı qatdı

img

16-05-2012 [11:00]


Ötən həftə Türkiyənin Qaziantep şəhərinin Şəhidkamil bölgəsində arı istehsalçısı tərəfindən ayağında xüsusi qurğu bağlanmış ölmüş bir quşun tapılmasına İsrail mediyasından sərt təpkilər gəlib. Türkiyənin ölmüş bu quşun ?İsrailin cəsusu? olması ehtimalına qarşılıq verən İsrailin Təbiətiqoruma təşkilatı sözügedən arıquşunun 4 il əvvəl köç yollarını incələmək məqsədiylə ayağına qurğu bağlanıb, buraxıldığını bildirib. İsrail Quş İzləmə Mərkəzindən Yoav Pearlman isə ?Arıquşumuz köç nöqtələri arasında gəlib gedir. Belə nöqtələr İsrail və Türkiyədə də var. Əgər söhbət o quşdan gedirsə, o cəsus deyil?. Xatırladaq ki, Türkiyədə ölü tapılan quşun ayağındakı qurğuda ?Israil Tel Əviv - C43917? ifadələri yer alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA