Ketrin Ezton: "Davamlı olaraq Ukraynaya ismarızlar göndəririk"

img

15-05-2012 [01:53]


Avropa Birliyinin (AB) xarici işlər nazirlərinin Brüsseldə növbəti görüşündə Suriya və Myanma ilə yanaşı, Ukrayna da müzakirə edilib. AB-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbsinə etiraz olaraq Ukrayna və Polşada keçiriləcək Avro-2012-nin boykot edilməsi çağırışları haqqında müzakirələr aparılmalı olduğunu deyib. "Biz davamlı olaraq, Timoşenkonun işi də daxil olmaqla, hər məhkəmə işində ədalətin işləməsinin vacibliyi barədə Ukraynaya ismarışlar göndəririk. Timoşenkoya qarşı da eyni şəkildə davranılır. Cənab Barrozu Avropa Komissiyasının bu məsələdə mövqeyini açıqlayıb və mən də onu tamamilə dəstəkləyirəm. Avropa Birliyinin xarici işlər nazirləri ilə yanaşı, Polşa tərəfi ilə də bu məsələ müzakirə olunmalıdır", - Ketrin Eşton belə deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA