islam Əməkdazlığı Təzkilatı Qarabağla bağlı sənəd qəbul edib

img

15-05-2012 [11:07]


Türkmənistanın paytaxtı Aşqabad şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) "Müsəlman Dünyasında Qaçqınlar" adlı nazirlər səviyyəsində keçirilmiş Beynəlxalq Konfransının yekununda qəbul edilmiş "Aşqabad Bəyannaməsi"ndə Azərbaycanın ərazi bütövlüyü məsələsi əksini tapıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 11-12 may tarixlərində keçirilmiş beynəlxalq konfransında qəbul edilən ?Aşqabad Bəyannaməsi?nin 9-cu bəndi Azərbaycanla bağlıdır. Bənddə deyilir: "Biz İƏT-in Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında qəbul edilmiş Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü barədə 10/38-POL saylı qətnaməsi və İƏT-in digər əlaqədar sənədlərini xatırladırıq. Bu kontekstdə biz 1 milyondan artıq Azərbaycanlı qaçqın və Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətrafındakı işğal olunmuş ərazilərdən qovulmuş əhalinin vəziyyəti və bu humanitar problemlərin ölçüləri və kəskinliyinə dair dərin narahatlığımızı ifadə edirik. Biz Azərbaycanlı qaçqınlar və qovulmuş əhalinin təhlükəsizlik, şərəf və ləyaqətləri təmin edilməklə öz evlərinə qayıtmaları üçün şərait yaradılmasını tələb edir və bu məqsədlə Azərbaycan hökuməti və xalqının göstərdiyi səylərə verilən dəstəklə tam şərikliyimizi bir daha təsdiq edirik. Bu baxımdan, biz İƏT, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə icrasını qətiyyətlə tələb edirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA