BMT Təhlükəsizlik Şurası Dəməzqdə baz verənləri pisləyib

img

11-05-2012 [01:48]


BMT Təhlükəsizlik Şurası mayın 10-da Dəməşqdə baş verən partlayışı pisləyib. Həmin partlayış nəticəsində 55 adam ölüb, 372 adam yaralanıb. Bu, Suriyada son bir il ərzində baş verən ən qanlı partlayışdır. Toplantıdan sonrakı brifinqdə Təhlükəsizlik Şurasının hazırkı sədri Aqşin Mehdiyev bildirib ki, Təhlükəsizlik Şurasının üzvləri Dəməşqdə baş verən çoxlu sayda adamın ölümünə səbəb olan terror aktlarını pisləyib. Onlar bu dəhşətli aktların qurbanlarına və ailə üzvlərinə başsağlığı veriblər: ?Təhlükəsizlik Şurasının üzvləri Suriyadakı bütün tərəfləri xüsusi elçinin 6 maddəlik təklifindəki müddəalarını dərhal və tam yerinə yetirməyə, 2042 və 2043 saylı qətnamələrə riayət etməyə və xüsusilə hər hansı silahlı zorakılığa son qoymağa çağırır?. ?Təhlükəsizlik Şurasının üzvləri bir daha təsdiq edirlər ki, terrorçuluq beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. İstənilən terror aktı harada nə vaxt, kim tərəfindən və hansı motivlə törədilməsindən asılı olmayaraq cinayət əməlidir, ona haqq qazandırıla bilməz?, deyə Mehdiyev bildirib. ?Kofi Annanın 6 maddəlik sülh planı hələ də uğur qazana bilərmi? sualına isə Aqşin Mehdiyev belə cavab verib: ?Ümid edək, gəlin buna ümid edək. Çünki bu gün bu, 6 maddəlik plana alternativ görmürəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA