ilham Əliyev Putini təbrik edib

img

08-05-2012 [05:29]


Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın yeni prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. İlham Əliyev Vladimir Putini Rusiyanın prezidenti vəzifəsinə başlamağı münasibətilə təbrik edib.Təbrikdə daha sonra deyilir: ?Əminəm ki, Azərbaycan və Rusiya arasında ənənəvi, inkişafına və möhkəmlənməsinə Sizin sanballı və mühüm töhfə verdiyiniz dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək və dərinləşəcək. İnanıram ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyi naminə, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə strateji tərəfdaşlığımızın və çoxplanlı əməkdaşlığımızın hər cəhətdən genişlənməsinə yönələcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA